Yaponiyada 7,4 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, ölkənin şimal-şərqində baş verən zəlzələdən sonra Yaponiya Meteorologiya İdarəsi İşikava, Niiqata və Toyama prefekturalarının sahilyanı ərazilərində sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Yaponiya hakimiyyət ictimaiyyəti diqqətli olmağa çağırıb. Digər tərəfdən, ABŞ mərkəzli “Associated Press” xəbər agentliyi zəlzələnin maqnitudasının 7,5 olduğunu açıqlayıb.
Gununsesi.info