Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 48 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, “NHK World-Japan” televiziya kanalı bu barədə məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində minlərlə bina dağılıb. Hazırda təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün müvafiq qurumlar və əsgərlər zəlzələ baş verən ərazilərdədir.
Həmçinin əlavə edilib ki, Yaponiyada yeraltı təkanlar artıq ikinci gündür ki, davam edir.
Gununsesi.info