Yaponiyada bir gündə rekord yoluxma qeydə alındı

  • By admin
  • 29 İyul 2020 16:12

Yaponiyada son sutka ərzində 1051 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. 

Gununsesi.info “NHK” telekanalına istinadən xəbər verir ki, bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Ölkə üzrə COVID-19-a yoluxanların sayı 32 min nəfəri ötüb. İnfeksiyanın ən böyük yayılma ocağı Tokio şəhəridir. Burada koronavirusa 10 mindən çox insan yoluxub.

Ümumilikdə 1016 insan xəstəlik səbəbindən həyatını itirib.

 

 

Gununsesi.info