Yaponiyada dini sektanın rəhbəri və 6 üzvü asıldı

  • By admin
  • 06 İyul 2018 10:12

Yaponiyada dini sektanın rəhbəri və 6 üzvü asıldı

Yaponiyada “Aum Sinrike” dini sektasının yeddi rəhbər üzvü haqqında çıxarılan ölüm hökmü icra edilib. 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, sektanın rəhbəri Syoko Asaxara (əsl adı Tidzuo Masumoto) digər altı üzvlə birgə ötən gecə asılaraq edam ediliblər.

Qeyd edək ki, “Aum Sinrike” dini sektası 1987-ci ildə Syoko Asaxara tərəfindən yaradılıb. Sekta üzvlərinin sayının 30-50 min nəfər olduğu deyilir.  Üzvlərin 10 mini Rusiyada yaşayır.

Sektanın hərbi naziri olan və edam edilən Xayakava 1993-cü ildə sarin qazı istehsal edən zavodun tikintisinə rəhbərlik edib.

Sektanın adı 1995-ci ildə Yaponiya metrolarından birində törədilən səs-küylü terror aktında hallanır. Metroya sarin qazının buraxılması nəticəsində 13 nəfər yaralanmış, 6 mindən çox insan isə zəhərlənmişdi. O zaman polis sektanın 30 rəhbər üzvünü həbs etmişdi. Üzvlərdən 13-nə, həmçinin Syoko Asaxareyə ölüm hökmü verilmişdi. Lakin qərar bu günə qədər icra olunmamışdı. Buna səbəb isə sekta üzvlərindən 3-nün hələ də tapılmaması olmuşdu.