Yaponiyada fövqəladə vəziyyət elan edildi

  • By admin
  • 24 Aprel 2021 10:38

Yaponiyanın Baş naziri Yoşihide Suqa koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin bir neçə prefekturasında fövqəladə vəziyyət rejimi elan edib.

Gununsesi.info xəbər verir ki, fövqəladə vəziyyət rejimi aprelin 25-dən başlayaraq Tokio, Osaka, Hyoqo və Kioto prefekturalarında qüvvəyə minəcək. Bildirilir ki, “Qızıl həftə” adlanan tətil günləri ərəfəsində elan edilən fövqəladə vəziyyət rejimi iki həftədən bir qədər çox – mayın 11-dək davam edəcək.

Rejimin davam edəcəyi günlərdə spirtli içkilər satan və karaoke avadanlığına malik n ictimai iaşə müəssislərindən fəaliyyətinin dayandırması xahiş ediləcək. Həmçinin ticarət mərkəzlərinə və univermaqlara da fəaliyyətlərini dayandırmaq tövsiyə olunacaq.

Fövqəladə vəziyyət rejiminin artıq üçüncü dəfə tətbiq olunduğu bu prefekturalarda yoluxma sayının artdığı və koronavirusun daha təhlükəli şatmmlarının yayıldığı bildirilir.

Hökumət, həmçinin vəziyyətin gərgin olduğu Ehime prefekturasında daha ciddi tədbirlərin görülməsi barədə qərar qəbul etsə də, burada fövqəladə vəziyyət rejimi elan etməyib.

Belə ciddi tədbirlərin görüldüyü Miyaqi və Okinava prefekturalarında da həmin tədbirlərin mayın 11-dək uzadılması qərara alınıb.