Yaponiyada güclü qar ölümlərə səbəb olub - YÜZ MİNLƏRLƏ İNSAN ÇIXILMAZ DURUMDA

  • By admin
  • 26 Dekabr 2022 12:27

Yaponiyanın müxtəlif bölgələrində güclü qar yağması nəticəsində baş verən fəlakət və qəzalarda həyatını itirənlərin sayı 14-ə yüksəlib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə,  şimal və qərb ştatlarında yağan qar həyata mənfi təsir göstərir.

Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin (Şoboço) məlumatına görə, ölkə daxilində güclü qar yağması nəticəsində baş verən fəlakət və qəzalarda ölənlərin sayı 14-ə, yaralıların sayı isə 80-ə çatıb.

Hokkaydo Electric Power (HEPCO) şirkətinin bəyanatına görə, qar yağdıqdan sonra Hokkaydo adasının ən şimalındakı təxminən 20 min evdə elektrik enerjisi kəsilib.

 

Tərcümə:

Mais