Yaponiyanın cənubunda yerləşən Kyusyu adasındakı Sakuradzima vulkanında püskürmə baş verib.
Gununsesi.info bildirir ki, vulkanın atdığı kül topası bir neçə min metr hündürlüyə yüksəlib.
Rəsmi qurumlar vulkan püskürməsi nəticəsində bir kilometr radiusu əhatə edən əraziyə lavanın və külün yayıla biləcəyi barədə xəbərdarlıq edib.