Yaponiyada güclü zəlzələ

  • By Mina
  • 04 Aprel 2024 10:24

Yaponiyanın Honsyu adasının şimal-şərq sahillərində altı bal gücündə zəlzələ baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Zəlzələnin episentri Fukusima prefekturasında yerləşib.

 

Yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.

 

Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info