Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın şimalında 5,1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Aomori prefekturasında, ocağı 70 kilometr dərinlikdə yerləşib.

HTML tutorial

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Yay Olimpiya Oyunlarının davam etdiyi Tokioda yeraltı təkanlar hiss edilməyib.