Yaponiyada iki güclü zəlzələ olub

  • By ilhame
  • 17 Aprel 2024 19:01

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

 

Açıqlamada bildirilib ki, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23.14-də, 5 bal gücündə isə 23.19-da baş verib.

 

6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.

 

Ehime, Koçi, Oita və Xirosima prefekturalarında hiss olunan zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.

Gununsesi.info