Yaponiyada koronavirusa yoluxmada artım müşahidə olunur

  • By admin
  • 24 İyun 2020 17:00

Yaponiyada ötən gündən COVID-19 virusuna 90 nəfər yoluxub ki, bu da son ayda ən yüksək həddir.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək, Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoluxanlardan 55 nəfəri paytaxt Tokionun payına düşüb ki, bu da may ayının əvvəlindən bu yana ən yüksək göstəricidir.

İşgüzar fəaliyyət üçün hər cür məhdudiyyətlərin ləğv edildiyi paytaxtda son həftə ərzində gündəlik yoluxma səviyyəsi 30-40-dır. Bu da ayın əvvəlinə nisbətən iki dəfə çoxdur. Yoluxanların əksəriyyətinin içki və əyləncə məkanlarının müştəriləri olduğu bildirilir.

Həmçinin ötən gündən ölkədə koronavirusdan ölənlərin sayı daha 4 nəfər artaraq 982-yə çatıb. Bütövlükdə ölkədə indiyədək 18 836 nəfər virusa yoluxub.

 

 

Gununsesi.org