Yaponiyada rəqəmsal islahatlar üzrə nazirlik yaradılır

  • By admin
  • 18 Sentyabr 2020 15:29

Yaponiyada 2021-ci ilin payızında rəqəmsal islahatlar üzrə yeni nazirlik yaradılacaq.

Bu barədə “Nikkei” məlumat yayıb.

Bildirilib ki, yeni yaradılacaq qurumun əsas vəzifəsi hökumətin fəaliyyətini rəqəmsallaşdırmaq olacaq. Bu cür addımın koronavirus pandemiyasına görə hökumətin fəaliyyətində yaranan bir sıra problemlərin aşkar edilməsi səbəbindən atıldığı vurğulanır.

 

 

Gununsesi.info