Yaponiyada sınaqlar zamanı daşıyıcı raket partladı - VİDEO/FOTOLAR

Yaponiyaya məxsus “Epsilon S” bərkyanacaqlı daşıyıcı raket mühərrik sınaqları zamanı partlayıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

İnsident cümə günü, iyulun 14-də səhər saatlarında Akita prefekturasındakı Noşiro poliqonunda baş verib.

Sınaqlar Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən aparılıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbi açıqlanmır.