Yaponiyada “Tapa” tufanı zamanı 19 nəfər xəsarət alıb

  • By admin
  • 22 Sentyabr 2019 11:59

Yaponiyanın Okinava prefekturasının ən azı 19 sakini “Tapa” tufanı nəticəsində zərər çəkib.

Gununsesi.org xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, təbii hadisə ölkənin nəqliyyatına da təsirsiz ötüşməyib. Yapon aviaşirkətləri Okinava Honsü adaları arasında planlaşdırılmış 302 reysi ləğv etməyə məcbur olublar. Dəyişikliklər tropik fırtınanın istiqamət aldığı Küsü adasının da hava nəqliyyatının hərəkət cədvəlinə aiddir.

Tufanla müşayiət edilən güclü külək Okinavada elektrikötürücü xətlərinə zərər vurub. Belə ki, 1,8 min ev işıqsız qalıb.

Sinoptiklərin proqnozlarına görə, tropik fırtına bu gün axşam Küsü adasına çatacaq. Bəzi prefekturalarda 300 mm yağıntı düşəcək.

 

 

Gununsesi.org