Yaponiyada virusa yoluxanların sayı artır

Yaponiyada son sutkada COVID-19-a yoluxanların sayı 400 nəfəri keçib. Bazar gününə olan məlumata görə, ölkədə 407 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət olub.

Gununsesi.org NHK telekanalına istinadən xəbər verir ki, ən çox yoluxma Yaponiyanın paytaxtı Tokioda qeydə alınıb – 206 nəfər.

Müalicə alan 996 pasiyent dünyasını dəyişib, 18 661 nəfər isə sağalaraq evə buraxılıb.

Hazırda 33 nəfərin vəziyyəti ağırdır.

 

 

Gununsesi.org