Yaponiyada yenidən fövqəladə vəziyyət elan olundu

  • By admin
  • 09 İyul 2021 09:44

“Yaponiyada yeni növ koronavirus epidemiyası səbəbindən paytaxt Tokioda avqust ayının sonuna qədər fövqəladə vəziyyət tətbiq ediləcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Baş naziri naziri Suqa Yoşihide mətbuat konfransında danışıb.

O qeyd edib ki, COVID-19 əleyhinə mübarizə çərçivəsində 22 avqusta qədər fövqəladə vəziyyət tətbiq ediləcək.

Qərarın COVID-19 Məsləhət Şurasının tövsiyəsi ilə qəbul edildiyini deyən Yoşihide fövqəladə vəziyyət tətbiq ediləcək ərazilərdə yoluxma sayını azaltmağı hədəflədiklərini bildirib.

COVID-19-a qarşı mübarizə tədbirləri üzrə kabinet üzvü Nişimura Yasutoşi də təşkil etdiyi mətbuat konfransında vaksinasiya edilənlərinin sayının artmasına qədər yay mövsümündə və festivallarda insan sıxlığını azaltmağı planlaşdırdıqlarını vurğulayıb.

Gununsesi.info