Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb

  • By admin
  • 17 Yanvar 2024 08:42

Yaponiyanın İşikava prefekturasının Noto bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 232-yə çatıb.

Gununsesi.info xəbər veir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bazar gününə olan məlumata görə, zəlzələlər nəticəsində 220 nəfər ölüb.

Bildirilib ki, 1036 nəfər xəsarət alıb, 20 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb.

15 mindən çox ev qismən və ya tamamilə dağılıb. İşikava prefekturasında 7800-dən çox ev təsərrüfatı işıqsız, 55 min 500 nəfər isə susuz qalıb.

Körpülərin uçması və yolların dağılması səbəbindən 415-dən çox insanın rabitə əlaqəsi kəsilib. Fəlakət yerində 7 min özünümüdafiə qüvvəsi çalışır.

Gununsesi.info