Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı

  • By admin
  • 07 Yanvar 2024 09:32

Yaponiyanın qərbindəki İşikava əyalətinin rəsmiləri bölgədə baş verən zəlzələlərdə 126 nəfərin həyatını itirdiyini, 200-dən çox adamın isə itkin düşdüyünü açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Anamizu şəhərində baş verən sürüşmə nəticəsində azı 10 nəfər şəhərdə, 170-dən çox insan isə ştatın müxtəlif yerlərində sıxışıb qalıb.

Bildirilib ki, hazırda ştatda evakuasiya mərkəzlərində 31 min insan yerləşdirilib.

Təxminən 66 min evin susuz qaldığını, minlərlə yaşayış evinin işıqsız qaldığını bildirən səlahiyyətlilər, dağıntılar və yolların tez-tez bağlanması səbəbindən zəlzələdən zərər çəkmiş bölgələrə yardım materiallarının çatdırılmasında çətinlik yaşandığını qeyd ediblər.

Səlahiyyətlilər həmçinin Hokuriku bölgəsində və Niiqata prefekturasında yağış və qar yağmasının gözlənildiyi barədə xəbərdarlıq ediblər ki, bu da zəlzələdən zərər çəkmiş ərazilərdə daha çox sürüşmələrə səbəb ola bilər.

Yaponiya Meteorologiya İdarəsi yanvarın 1, 2, 3 və 4-də Noto yarımadasında və İşikava sahillərində 4-7 bal gücündə zəlzələlərin baş verdiyini bildirib.

Gununsesi.info