Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Bildirilib ki, zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb – yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib.
Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Yeraltı təkanlar Tokioda hiss olunub.
Gununsesi.info