Yaponiyada zəlzələ qurbanlarının sayı 236 nəfərə çatıb

  • By ilhame
  • 28 Yanvar 2024 10:24

Yanvarın ilk həftəsində Yaponiyada baş verən bir neçə zəlzələdə ölənlərin sayı 236 nəfərə çatıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İsikava prefekturasının rəhbərliyi məlumat yayıb.

 

Qeyd edilir ki, zəlzələlərdə yaralanan 1 178 nəfərin müalicəsi davam edir.

 

Təbii fəlakət zamanı 43 min 380 bina zərər çəkib. Hazırda 14 mindən çox insan 490 təxliyyə məntəqəsində qalır, 3 min 500 ev elektrik enerjisindən məhrum olub,

 

Xatırladaq ki, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 maqnitudada bir neçə zəlzələ baş verib.

Gununsesi.info