Yaponiyada zəlzələdə ölənlərin sayı 161 nəfərə çatıb

  • By admin
  • 08 Yanvar 2024 11:29

Yaponiyanın qərbindəki İşikava prefekturasının Nota yarımadasında baş verən silsilə zəlzələdə ölənlərin sayı 161 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, NHK televiziyasının məlumatına görə, 103 nəfər hələ də itkin düşmüş şəxslər siyahısındadır.

Xilasedicilər xəbərdarlıq edir ki, aşağı temperatur və güclü qar nəticəsində zədələnmiş binalar uça bilər.

Yaponiya Meteorologiya Agentliyi (JMA) qeyd edib ki, vətəndaşlar üçün əlavə risklər nəqliyyatda nasazlıqlar, zədələnmiş elektrik xətləri və ağac budaqlarında qarın yığılması nəticəsində yarana bilər.

JMA daha əvvəl bildirmişdi ki, yanvarın 1-4-də İşikava prefekturasının şimal hissəsini təşkil edən Noto yarımadasında, eləcə də yarımadanın sahillərində 4-7 bal gücündə silsilə zəlzələlər baş verib. 5-də yarımadada daha bir silsilə zəlzələ baş verib.

İşikava prefekturasının Vacima şəhərində müşahidə məntəqəsi qərbə doğru təxminən 1,3 metr üfüqi istiqamətdə hərəkət edən ən böyük yerdəyişməni qeyd edib.

Yaponiya dünyanın zəlzələlərə ən çox məruz qalan on ölkəsindən biridir və ən çox dağıdıcı zəlzələlərin nəticələrindən əziyyət çəkir.

Sakit Okeanın Atəş Halqasında yerləşən Yaponiya tarixi boyu birdən çox ölümcül zəlzələ yaşayıb.

Sakit Okean Atəş Halqası Sakit Okeanın perimetri ətrafında ən aktiv vulkanları və çoxlu zəlzələləri ehtiva edən ərazidir.

1995-ci ildən Yaponiyada 6 və ya daha böyük bal gücündə 70-ə yaxın zəlzələ baş verib və nəticədə on minlərlə insan həlak olub.

Gununsesi.info