Yaponiyadan döyüş həmləsi: 400 ədəd “Tomhawk” raketi alır

  • By admin
  • 27 Fevral 2023 18:15

Yaponiya Amerikadan döyüş texnikası alacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida etdiyi açıqlamasında bildirib.

Parlamentin Alt Məclisi bununla bağlı büdcə komissiyasına təklif verib. Təklifdə Amerikadan 400 ədəd döyüş raketləri olan “Tomhawk”ların alınması yazılır.

Qiyməti 1.5 milyard Amerikan dolları olacaq bu hərbi ticarəti etməkdə məqsəd Yaponiyanın Şimali Koreyanın proqnozlaşdırılmayan raket sınaqlarına qarşı müdafiəni gücləndirmək üçündür.

Xatırladaq ki, son zamanlarda Çinin artan hərbi gücü və Şimali Koreyanın keçirdiyi raket sınaqları bölgə ölkələri tərəfindən həyəcanla izlənilir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info