Yaponiyadan Putinin qızları ilə bağlı KRİTİK QƏRAR

  • By admin
  • 12 Aprel 2022 10:33

Yaponiya hökuməti Ukraynaya müharibə elan edən Rusiyaya qarşı iqtisadi sanksiyalarını genişləndirməkdə davam edir. Baş nazir Fumio Kişida kabineti 398 Rusiya vətəndaşının və 28 təşkilatın, o cümlədən Prezident Vladimir Putinin qızlarının aktivlərinin dondurulmasına qərar verib.

Gununsesi.info xəbər verir ki, Rusiya vətəndaşları arasında Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova, eyni zamanda Xarici İşlər naziri Sergey Lavrovun həyat yoldaşı da var.

Bildirilir ki, hökumət Yaponiya şirkətlərinə və vətəndaşlarına Rusiyada yeni investisiyalar qoymağı da qadağan edəcək.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Rusiya-Ukrayna müharibəsinin daha da genişlənməsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Moskvaya qarşı sərt sanksiyaların tətbiqinin vacibliyini vurğulayıb.

Gununsesi.info