Yaponiyanın Azərbaycandakı səfiri iki ölkə arasındakı əlaqələrin inkişafından danışdı…

  • By admin
  • 20 İyun 2019 09:29

“Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib”.

Gununsesi.org xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori bildirib.

Səfir qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.

 T.Katori əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedənlərin, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün vizanın sadələşdirilməsi istiqamətində işlər aparılır.

Gununsesi.org