Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin Feysbuk hesabında qeyd olunub.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda bildirib.

***

Yaponiyanın Azərbaycandakı səfirliyi iki gün konsulluq xidmətləri göstərməyəcək.

Bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat verilib.

“Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi bu gün və sabah (martın 2-3-də) konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırır”, – məlumatda bildirilib.

Gununsesi.info