Yaponiyanın Baş naziri çuxura düşdü - FOTO

  • By admin
  • 09 Noyabr 2017 21:22
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfərinin ilk günündə bu ölkənin  Baş naziri Şinzo Abe ilə qolf oynayıb.
Gununsesi.info xəbər verir ki, Tramp ona məxsus “Marine One” helikopterinin göyərtəsində Tokionun yaxınlığında yerləşən Saytama şəhərindəki qolf meydançasına gəlib. Burada o, Şinzo Abe və tanınmış yapon qolf ustası Hideki Matsuyama ilə qolf oynayıb.
Şərhçilərin bildirdiyinə görə, bu addım ümumi hobbiləri olan qolf vasitəsilə D.Trampın Ş.Abe ilə dostluq münasibətlərini daha da dərinləşdirmək niyyətini nümayiş etdirir.
Yaponiyanın Baş naziri topu vurduqdan sonra “bunker” adı verilən çuxurdan çıxarkən ayağı sürüşüb və yıxılıb.
Görüntülərin liderlərin qolf oynadığı yerin üzərindən keçən bir helikopterdən çəkildiyi deyilir. Şinzo Abenin yıxılması ölkəsində lağa qoyulub.
Baş nazirin yıxılması onların əyləncəsinə mane olmayıb. Liderlər qolf oynamağa davam ediblər.
Gununsesi.info