Yaponiyanın baş naziri səfərləini təxirə saldı

Yaponiyanın baş naziri Fumio Kişida güclü zəlzələ təhlükəsi səbəbindən Mərkəzi Asiyaya səfərini təxirə salıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xəbər verir ki, Kişida Monqolustan, Qazaxıstan və Özbəkistana səfər etməli idi.

 

Eyni zamanda Qazaxıstanda Kişida Mərkəzi Asiya dövlət başçılarının görüşünə ev sahibliyi etməli idi.

Baş nazir əlavə edib ki, yaxın gələcəkdə hökumətin bütün səyləri vəziyyətin monitorinqinə və Nankay qırağında proqnozlaşdırılan güclü zəlzələyə hazırlığa yönəldiləcək.

 

 

 

Gununsesi.info