Yaponiyanın paytaxtı Tokioda güclü qar və buzlaşmaya görə həyat iflic olub.
Gununsesi.info CNN-ə istinadən bildirir ki, buzlaşma nəticəsində 525 nəfərin ayağı sürüşərək xəstəxanaya düşüb, 100-ə yaxın aviareys təxirə salınıb.
Ölkənin Kanto bölgəsində, xüsusilə Tokioda güclü qarın balansı getdikcə ağırlaşır.
Bildirilib ki, buzlaşmaya görə, Tokioda 80-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib, 100-ə yaxın avtomobil körpüdə qalıb.
Rəsmilər bildiriblər ki, qar səbəbindən paytaxt boyu 14 marşrut xətti üzrə nəqliyyatın hərəkəti vaxtaşırı kəsilib.
Gununsesi.info