Yaponiyanın paytaxtı Tokioda güclü qar həyatı iflic edib -FOTOLAR

  • By admin
  • 09 Yanvar 2022 11:41

Yaponiyanın paytaxtı Tokioda güclü qar və buzlaşmaya görə həyat iflic olub.

Gununsesi.info  CNN-ə istinadən bildirir ki, buzlaşma nəticəsində 525 nəfərin ayağı sürüşərək xəstəxanaya düşüb, 100-ə yaxın aviareys təxirə salınıb.

Ölkənin Kanto bölgəsində, xüsusilə Tokioda güclü qarın balansı getdikcə ağırlaşır.

Bildirilib ki, buzlaşmaya görə, Tokioda 80-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib, 100-ə yaxın avtomobil körpüdə qalıb.

Rəsmilər bildiriblər ki, qar səbəbindən paytaxt boyu 14 marşrut xətti üzrə nəqliyyatın hərəkəti vaxtaşırı kəsilib.

Gununsesi.info