Yaponiyanın XİN başçısı gözlənilmədən Ukraynaya səfər edib

  • By ilhame
  • 07 Yanvar 2024 09:11

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Onun ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacağı gözlənilir.

 

Kamikavanın Polşa, Finlandiya, həmçinin ABŞ və Türkiyəyə səfər edəcəyi bildirilib.

 

Onun Ukraynaya səfəri barədə əvvəlcədən məlumat verilməyib.

Gununsesi.info