Yaponiyanın yeni baş naziri o oldu

  • By admin
  • 16 Sentyabr 2020 11:06

Yosihide Suqanın namizədliyi Yaponiya Parlamentinin Nümayəndələr Palatasının deputatları tərəfindən səs çoxluğu qazanıb və o, Yaponiyanın yeni baş naziri olub.

Gununsesi.info “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki,  314 parlamentari  Y.Suqanın Baş nazir postu tutmağına səs verib.

Qeyd edək ki, səhhətinə görə avqustun 28-də istefa verən Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.

Yeni baş nazir yaxın günlərdə yeni hökumət kabinetinin tərkibini elan etməlidir.

 

Gununsesi.info