Yaponlar Olimpiadadan qorxurlar

Yaponiya sakinlərinin 87%-i Olimpiya Oyunlarının ölkədə koronavirusun daha geniş yayılmasına səbəb olacağından qorxur.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

HTML tutorial

Məhz bu təhlükə səbəbindən, Yaponiyada hökumət əleyhidarlarının nisbət faizi artaraq 49.8%-ə çatıb. Rəyi soruşulanların yalnız 35.9%-i hazırki Baş nazir Yösixide Suqanı dəstəklədiyini bildirib ki, bu da antirekord sayılır.

Həmçinin, respondentlərin 67.9%-i 12 iyul – 22 avqust tarixlərində tətbiq edilən fövqəladə vəziyyətə qarşı çıxıb.