
Qeyri-adi kəşfləri ilə tanınan yaponiyalı alimlər daha bir yeniliyə imza atıblar. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada inanılmaz dərəcədə təbii insan dərisinə oxşayan süni dəri yaradılıb. Süni dəri normal insan dərisi kimi tər vəzlərinə və tük örtüyünə sahibdir.
Məlumatlara görə, kiçik fincanların içərisində yaradılan dəri keyfiyyətinin öyrənilməsi məqsədilə laboratariya müşahidəsinə aparılıb. Laboratoriyada gəmiricilərin üzərinə implantasiya olunan dəri orqanizmə adaptasiya ola bilir.
Gəmiricilərin orqanizmi süni dəriyə heç bir kənar reaksiya verməyib. İki həftə sonra dərinin üzərində tüklər yaranmağa başlayıb.
Yaponiyalı alimlərin gəldiyi qənaətə görə, süni dərinin normal təbii insan dərisindən heç bir fərqi yoxdur. Gələcəkdə daha da təkmilləşdirilmiş süni dəridən ağır yanıqlar səbəbindən dərisini itirmiş pasientlərin reabilitasiyasında istifadə oluna bilər.
Gununsesi.info