Yaponların həyat sirri - NECƏ 100 İL YAŞAMAQ OLAR?

  • By admin
  • 30 İyul 2017 17:05

cute-old-cuoples-18

Yaponiyanın Okinava adası sakinləri 100 ildən çox yaşayan nadir insanlardandır. Bəs bu insanlar 100 il ömür sürməyi necə bacarırlar?

Gununsesi.info həmin insanların sirrini oxucularına təqdim edir

1. Bir yaşama səbəbi seçməlisiniz. Hər gün niyə yuxudan oyandığınızı və nə edəcəyinizi bilməyiniz önəmlidir.

2. Bitki tərkibli üstünlük qidalara verməlisiniz. Şirin kartof, qızardılmış tərəvəz kimi qidaların enerji dəyəri yüksək, kalori dəyəri isə çox azdır.

3. Okinava adasında yaşayan insanlar təsərrüfat və bağ işlərinin stressi azaltdığına inanır. Bu aspektdən çıxış etsək, bitki və heyvan bəsləməyə daha çox vaxt ayırmalısınız.

4. Bolluca D vitamini qəbul etməli və Günəşin dadını çıxarmalısınız.

5. Sosial dəstək qruplarında fəal iştirak önəmlidir. Cəmiyyət içində olmaq insanın özünə güvən hissini möhkəmləndirir.

6. Türkəçarədə istifadə edilən bitkiləri öz əllərinizlə yetişdirməli və gün ərzində qidalanarkən onlardan istifadə etməlisiniz.

7. Hərəkət, idman və aktiv həyat!

Gununsesi.info