Yaqland İlham Əliyevi təbrik etdi - "SİZİNLƏ SIX İŞLƏMƏK NİYYƏTİNDƏYƏM"

  • By admin
  • 14 Aprel 2018 11:18

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.

Gununsesi.info