Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi

  • By admin
  • 11 Sentyabr 2021 13:55

Reanimasyada olan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır və stabil olaraq qalır.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bu barədə Publika.az-a məlumat verib.

Həkim bildirib ki, sənətçinin müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

“Rusiyalı həkimlərlə yerli həkimlərimiz Y.Zurufçunun durumunu izləməyə davam edir. Vəziyyətindən asılı olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Əməkdar artistin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Gununsesi.info