Yaqubovun oğlu ilə birgə ölən Diananın həyatı… – FOTOLAR

  • By admin
  • 26 Noyabr 2016 15:47

 327d03f5c3b5ae4e2e4785e08edb129c__980x

 

Xəbər verdiyimiz kimi, İsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı nəvəsi DianaAZALQSCnin Moskvadakı nümayəndəliyinin keçmiş rəhbəri Mahir Yaqubovun 23 yaşlı oğlu Azərlə birlikdə ağır yol qəzasında həlak olub.

Gununsesi.info xəbər verir ki, “Life.ru” parlaq və bir o qədər də qısa ömür yaşayan gənc qızın həyatı ilə bağlı araşdırma aparıb.

Yaxınları tərəfindən “Ledi Di” adlanan, ecazkar gözəlliyə malik sarışın Diana Moskva gənclərinin ən parlaq nümayəndələrindən biri olub. Vaxtının çox hissəsini İsveçrədə keçirən gənc qız ölkənən ən nüfuzlu təhsil müəssisələrindən birində, Sankt-Qallen Universitetində oxuyub.

Ailə üzvləri, yaxınları, eləcə də sosial şəbəkədəki izləyiciləri tərəfindən sevilən D. Lebedeva “Spartak”ın keçmiş sahibinın qızı Diana Çerviçenko, “Reso Qarantiya”nın prezidentinin oğlu Serqey Sarkisov, gimnast Karolina Sevastyanova, oliqarx qızı Nastya Kudryaşkina və rusiyalı müğənni Dmitri Məlikovun qardaşı oğlu Dima ilə dostluq edib.

Onun hobbiləri sırasında ilk öncə mahnı oxumaq olub. O, asudə vaxtlarını rəfiqələri ilə birlikdə “La Maree”, “Bistrot”, “Mario” kimi Moskvanın ən yaxşı restoranları və karaokelərində keçirirmiş.

Dəbdəbəli həyat keçirən Diana “Hermes” və “Chanel” brendlərinin çantalarını, “Cartier” və “Chopard” markalarının bəzək əşyalarını, “Victoria Beckham” imzalı xəz dəriləri və geyimlərdən istifadə edib. Qeyd edək ki, İnstaqramda aktiv olan Diana həmin sosial şəbəkədə Uels şahzadəsinin şərəfinə “Şahzadə Diana” olaraq qeydiyyatdan keçib. Oxşarlıq sadəcə onların adında deyil, həm də taleyində olub. Diana Lebedeva da şahzadə Diana kimi sevgilisi ilə birgə avtomobil qəzasında həlak olub.

screenshot-4-834

screenshot-5-245

6e4b0a15e7d28ba6d052f451a8921ffc-980x

8065933d60c6ce3d0cafc6b92c8333a5-980x

 

Gununsesi.info