Yaqut Qarayeva: “Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur”

  • By admin
  • 31 İyul 2020 16:23

“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”. 

Gununsesi.info-nun məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: “Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”.

 

 

Gununsesi.info