Yaradılacaq Milli Antidopinq Agentliyi geniş səlahiyyətlərə malik olacaq - Fuad Muradov

  • By admin
  • 25 Noyabr 2016 13:59

fuad

 İdmanda dopinq vasitələrindən istifadə ilə bağlı yaradılacaq Milli Antidopinq Agentliyinin tövsiyyəsinə əsasən bir sıra müstəqil komitələr yaradılacaq.

Gununsesi.info xəbər verir ki,  bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin noyabrın 26-da keçirilən iclasında “İdmanda dopinq vasitələrində və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı komitə sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələr yaradılacaq. “Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə Terapevtik icazə komitəsi, Dinləmə komitəsi, İntizam komitəsi və Apellyasiya komitəsinin yaradılması nəzərdə tutulur. Bundan əlavə olaraq idam qrumlarının və digər dövlət strukturlanın təmsilçilərinin iştirakı ilə Müşahidə Şurasının yaradılması nəzərdə tutulur”- deyə, komitə sədri F. Muradov bildirib.

Terapevtik icazə komitəsinin funksiyaları barədə məlumat verən Muradov bildirib ki, bir sıra idman növlərində idmançıların bərpa olunması məqsədi ilə vitman və digər pereparatları qəbul etməsi lazım olur. “Yaradılacaq Terapevtik icazə komitəsi dərhal idmançılara lazım olan vitamin və pereparatlardan istifadəyə icazə verəcək. Dinləmə komitəsi isə idmançının üzləşdiyi problemlə və hüquqlarının pozulması ilə bağlı ilk olaraq bu komitəyə müraciət edəcək və məsələyə ilk instansiya olaraq burada baxılacaq. Əgər onun tələbləri təmin olunmadıqda və ya ona qarşı olan iradların haqsız olduğunu düşündüyü təqdirdə, Apellyasiya komitəsinə müraciət edəcək. Apellyasiya komitəsində də hüquqları təmin edilmədikd,ə idman üzrə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edəcək”- deyə, F. Muradov bildirib.

Komitə sədri onu da bildirib ki, Milli Antidopinq Agentliyi müstəqil olduğu kimi də, geniş səlahiyyətlərə malik olacaq.

“Belə ki, Milli Antidopinq Agentliyinin tövsiyələri digər idman qurumları, federasiyalar və klublar tərəfindən yerinə yetiriləcək. Yəni, idman klubları və federasiyaların MADA qarşısında öhdəliyi olacaq. Onlar MADA-nın təvsiyələrini icra edəcəklər”- deyə, komitə sədri bildirib.

Qanun layihəsinin qəbulun vaciblyini qeyd edən komitə sədri bildirib ki, Ümumdünya Antidopinq Agentliyi Azərbaycanın belə bir qanunu qəbul etməsini gözləyir:

“Biz nə qədər tez bu qanunu qəbul etsək, bir sıra məsələlərimiz öz müsbət həllini tez tapar. Çünki Ümumdünya Antidopinq Agentliyinin səlahiyyətləri genişləndirilib və biz də buna uyğun olaraq fəaliyyətimizi qurmalıyıq”.

Mürtəza

Gununsesi.info