Yaralı əsgərimiz əməliyyat olundu

İyulun 31-də Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qulluqçu üzərində avqust ayının 1-də aparıl­an cərrahiyyə əmə­liy­yatı uğurla başa çatıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çəkib, cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub.

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşüb.