Yaralı soydaşlarımızı Xarkovdan təxliyə etmək mümkün deyil – XİN RƏSMİSİ

  • By admin
  • 10 Mart 2022 15:40
“Xarkovda yaralı vətəndaşlarımızla bağlı məlumatımız var”.

Gununsesi.info xəbər verir ki,   bunu Xarici İşlər Naziliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, hələlik onların təxliyəsi mümkün deyil: “Yaralı vəziyyətdə insanların təxliyəsi mümkün deyil və həyati risk məsələsi var. Onlar birinci növbədə sağalmalıdılar ki, ondan sonrakı mərhələdə təxliyə prosesinə baxılsın. Onların bu cür təxliyəsində böyük risk var. Xahiş olunur ki, onlar səbrlə müalicələrini başa çatdırsınlar”.
Qeyd edək ki, Masallı rayon Ərkivan kənd sakini 1980-ci il təvəllüdlü Bayramov Yusif və Masallı rayon Hışqədərə kənd sakini 1982-ci il təvəllüdlü Tahirov Samir Ukraynanın Xarkov şəhərində güllə yarası alıblar və hazırda heç bir şəraiti olmayan xəstəxanadadırlar. Onların vəziyyəti çox acınacaqlıdır. Vətənə qayıtmaq üçün dövlətdən və səfirlikdən kömək istəyirlər.
Gununsesi.info