“Yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub”“Yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub” - HİKMƏT HACIYEV

  • By admin
  • 27 Oktyabr 2020 20:02

Bərdəyə atılan raket nəticəsində 14 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onlar 9, 14, 15 yaş civarındadırlar. Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub.

Gununsesi.info