Yararsız döyüş sursatları məhv ediləcək — MN

Yanvarın 15-16-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Gununsesi.info  -ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda qeyd edilib.

 

 

Gununsesi.info