Yararsız mal ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb- FOTO


“Hazırda planetimizdə 3 gərginlik ocağı yaranıb. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Çinin özününkü hesab etdiyi Tayvan adasına enərsə, Pekinlə Vaşinqton arasında qarşıdurma artacaq”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, ABŞ və Çinin döyüş təyyarələri və gəmiləri ada ətrafında bir-birlərinə qarşı əzələ nümayişi həyata keçirirlər:

“İran-Əfqanıstan sərhədində atışma baş verib. Tehran Taliban silahlılarının İran sərhədçilərinə atəş açdığını iddia edib. Tehranla Taliban keçmiş illərdə də yola getmirdilər. Nəhayət, dondurulmuş Kosovo-Serbiya münaqişəsi yenidən alovlanıb. Buna baxmayaraq, sadalanan bölgələrdə genişmiqyaslı müharibələrin başvermə ehtimalı yüksək deyil. Vaşinqton Pelosini Tayvana getmək istəyindən çəkindirməyə yaxındır. Əlavə gərginlik nə Pekinin, nə də Vaşinqtonun maraqlarına cavab verir. Tehran İrana qarşı sərt sanskiyalar fonunda Talibanla açıq qarşıdurmadan çəkinəcək. Balkanlara gəldikdə isə, Avropa İttifaqı, NATO və ABŞ Kosovo ilə Serbiya arasında genişmiqyaslı müharibəyə imkan verməyəcəklər. Belə bir müharibə yalnız Rusiyanın maraqlarına cavab verir. Serbiyanın Rusiya ilə tarixi bağları olsa da, Belqradın əsas hədəfi Avropa İttifaqına üzvlükdür”.

Gununsesi.info