Yardımlı rayonunda 2017-ci ilin yekunları müzakirə edildi - FOTO

  • By admin
  • 12 Fevral 2018 10:56
Yardımlı rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Bu barədə Gununsesi.info-ya millət vəkili Musa Qasımlı məlumat verib. Onun sözlərinə görə, Yardımlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. 
Toplantı iştirakçıları Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiylə tanış olublar.
 Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu inkişafından, rayonumuzda həyata keçirilən infrastruktur layihələrin icrası, eləcə də qazanılmış nailiyyətlərdən , ötən hesabat dövründə sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və ya təmiri, əhalinin içməli su ilə təmini, tibb müəssisələrinin əsaslı tikintisi, kommunal yaşayış binalarının təmiri və həyətyanı sahələrin abadlaşdırılması, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrasının həyata keçirilməsindən geniş məruzə ilə çıxış edib.
Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək bildiriblər ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilib. Ölkə rəhbəri iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi tapşırılıb.
Daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat ver
ilib. Rayonda görülən işləri qeyd etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.

Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olun
ub.
Mürtəza
Gununsesi.info