Yardımlı sakinlərinin “Açıq mikrofon”da səsləndirdikləri müraciətlər - FOTOLAR

  • By admin
  • 14 Oktyabr 2022 20:10

Yardımlıda keçirilən “Açıq mikrofon” aksiyasında səslənən müraciətlərin əksəriyyəti qazlaşdırma ilə bağlı olub.

Belə ki, Əvəz Həsənov, Təzəxan Heydərov Arvana kəndinin növbəti mərhələdə qazlaşma planına daxil edilməsini xahiş ediblər. Ərus kəndinin qazlaşdırılmasını isə şəhid atası Vaqif Zeynalov öz çıxışında qeyd edib.

“Səyyar qəbul otağı”nda səslənən digər müraciətlər qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Bütün müraciətlər dinlənildikdən sonra Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara ətraflı məlumat verilib.

Gununsesi.info