Yardımlıda 9 otaqlı evdə yanğın olub

  • By admin
  • 14 Noyabr 2016 22:42

07a2760268684303ca014dc38fcf2ba7

 

Yardımlıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yardımlı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 256 m2 olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyalar və ev əşyaları 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info