Yardımlı rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Bu barədə Gununsesi.info-ya bu rayondan seçilmiş millət vəkili Musa Qasımlı məlumat verib.

Onun sözlərinə görə, rayon rəhbərliyi, rayondan seçilən millət vəkili, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2017-ci ilin birinci yarısında Yardımlı rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə tədbir keçirilib.
Müşavirədə hesabt məruəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirib ki, 2017-ci ilin birinci yarımili ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi , sahibkarlıq fəaliyətinə dəstək və sahikarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana tikintisi, kommunal yaşayış evlərinin, həyətlərin, küçə və xiyabanlarının təmiri və digər infrastruktur layihələrinin icrası həyata keçirilib.
A.Əsgərov əvvəlki illərlə müqayisədə 2017-ci ildə rayonun kənd təsərrüfatə sahəsində inkişaf dinamikasının olduğunu və kənd sakinlərinin bu sahə ilə daha ciddi məşğul olmağa başladığını qeyd edib. “Rayon əhalisinin kənd təsərrüfatı sahəsinə verdiyi diqqət isə öz bəhrəsini verib və nəticədə bu sahədə ciddi irəliləyişə nail olunub, əhalinin öz şəxsi təsərrüfatlarında məhsul istehsalının həcmini əvvəlki illərlə müqaisədə bir neçə dəfə artıb”- deyə, RİH başçısı vurğulayıb.

RİH baçısı qeyd edib ki, rayonda bir zaman mövcud olan tütünçülük, bağçılıq və kənd təsərrüfatının digər sahələri inkişaf etdirilməyə, yenidən bərpa olunmağa başlanılıb. “2017-ci ildə rayonda 43 hektara yaxın tütün sahəsi əkilib və bunun qurudulması və tədarükü üçünsə xüsusi qurudulma sexi və tədarük məntəqəsi tikilib. Bağçılığa gəldikdə isə Zaqatala rayonundan yüksək məhsuldarlığı ilə seçilən 54 min findıq tingləri gətirilərək rayonumuzda 108 ha findıq bağları salınıb. Bundan əlavə olaraq əkinçilik sahəsində də inkişaf dinamikası qeydə alınmaqdadır. Əgər 2016-cı ilin məhsuli üçün 2015-ci ilin payızında 3456 hektar taxıl əkilmişdirsə, 2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 3549ha sahədə payızlıq taxıl əkilmiş ,bunun 3455 ha payızlıq buğda,78 ha payızlıq arpa,16 ha isə vələmirdir. Hal hazırda rayonumuzda biçin kompaniyası uğurla davam edir. 2016-cı ildə hər hektara orta məhsuldarlıq 18 sentner olmuşdursa, bu il 24 sentner olacağı gözlənilir.
Kartofçuluq rayon əhalisinin daimi məşğuliyyət sahəsindən biri olduğundan 2017-ci ildə 890 hektar sahədə kartof əkilib”- deyə, A. Əsgərov vurğualyıb.

Rayoda görülən abadlıq işlərindən danışan RİH ba.çısı deyib ki, rayonlarası magistral və kənd yollarının təmiri, yenidən qurulması, təmiri, sosial-kommunal, inzibati binaların tikintisi istiqamətində də xeyli işlər görülüb. O deyib ki, bu işlərin görülməsi nəticəsində müvəqqəti olsa da yeni iş yerləri açmaq mümkün olub. RİH başçısı bildirib ki, kəndlərdə əhalinin üzləşdiyi problemləri həll edilməsi iqtiqamətində də tədbirlər həyata keçirilib: “Belə ki, rayonun Avur kəndində modul tipli məktəb tikintisi aparılır, yeni dərs ilində istismara veriləcəkdir, Honuba-Şıxlar və Avaş kəndlərində həkim məntəqəsi inşa olunaraq, istifadəyə verilib.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılıb və bu istiqamətdə işlər davam etdirilib. Hazırda Yardımlı şəhərinə ümumi uzunluğu 74 km su və 45 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazıra kimi 70 km su xətti, 40 km kanalizasiya xətti çəkilib. Nəzərdə tutulmuş 10 ədəd su anbarından 10-da və çirkab sutəmizləyici qurğusunda inşaat işləri davam etdirilir.
Kəndlərə də içməli su çəkilişi uğurla davam edib. Susuzluqdan əziyyət çəkən Bürzünbül, Vərgədüz, Bilnə ,Horavar,Əngövül, Əfçədulan, Vərov,Yolacaq, Horoni kəndlərinə su xətti şəkilib”.

A.Əsgərov onu da əlavə edib ki, rayonun qazlaşdırllması və çətin hava şəraitində elektrik xəttinin verilişində yaranan problemlərin aradan qaldırılması, əhalini daimi elektrik enerjisi ilə təmin edilməsi istiqamətində görülən işlər barəsində tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, rayonun qzlaşdırılması prosesi davam edir və hazırda Yardımlı rayon mərkəzi və 10 kənddə istehlakçılar təbii qazla təmin olunub: “Bununla da qaz abonentlərinn sayı 2017-ci ilin birinci yarısında 2607-ə çatdırılmışdır. Bu günə rayon üzrə qazlaşma 32 % təşkil edir ki, bu da qaneedici rəqəm sayıla bilməz.
Rayon elektrik şəbəkəsi də istehlakçıların elektrik enerjisi ilə təmini üçün lazımi tədbirləri gücləndirilib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə şəbəkəyə 320-ə yaxın elektrik dayaqları daxil olub və xətlərdə təmir işləri aparılıb, sıradan çıxmış elektrik transformatorları yenisi ilə əvəz olunub, eyni zamanda 10 ədəd tam müasir transformator quraşdırılıb. Allar, Şıxhüseyinli , Ostayır, Dəlləkli, Şəfəqli kəndlərinin eleltrik xətlləri yenidə qurulmaqdadır. Bu kəndlərdəki elektrik dayaqları yenilənir vəyeni SİP kabellər çəkilir”.

Rayonda istehsal sahəsinə toxunan icra başçısı bildirib ki,
2017-cı ilin 6 ayında rayon üzrə 27 milyon 571 min manatlıq ümumi məhsul istehsal olunub: “Bu müddətdə 461 min manatlıq sənaye, 11 milyon 92 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, əhaliyə 10 milyon 741 min manatlıq ticarət, 644 min manatlıq nəqliyyat, 186 min manatlıq rabitə xidməti göstərilib, 4 milyon 446 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib.
Əsas kapitala yönəldilən investisiyaların həcmi 4 milyon 446 min manat təşkil edib. Ötən dövrdə rayonda 969 yeni iş yerləri yaradılıb ki, onların 837-i daimi olmaqla , 816-i fiziki, 21-ı isə hüquqi şəxslərdir. Açılmış yeni iş yerlərindən 130-u mövsümi işlərlə bağlı olan yerlərdir”.
Tədbirdə çıxış edən millət vəkili Musa Qasımlı bildirib ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilib. M. Qasımlı həmçinin ölkə rəhbərinin iqtisadiyyatın əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdıraraq, daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verib.

Mürtəza
Gununsesi.info