Yardımlıda xeyli narkotik bitki məhv edildi

Yardımlıda yabanı halda bitən xeyli narkotik bitki məhv edilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Gununsesi.info-ya verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.

Gununsesi.info