Yarış tempində çətinlik çəkirik Lekler

  • By admin
  • 16 May 2022 14:57

“Ferrari” komandasının pilotu Şarl Lekler təkərləri əvvəlki kimi işlədə bilmədikləri üçün təəccüblüdür.

Gununsesi.info xəbər verir ki, monakolu pilot ilk 3 yarışın ikisində qalib gəlsə də, İmola və Mayami yarışlarında təkərləri tez aşındırdığı üçün qələbələri əldən verib.

Şarl Lekler deyib ki, yarışda “medium” və “soft” təkərləri daha yaxşı istifadə edirlər: “Sıralanma turunda təkərləri daha yaxşı işlətsək də, bu hal bizə kömək etmir. Yarış tempində çətinlik çəkirik”.

Gununsesi.info